Baş prokuror Kamran Əliyev Binəqədi rayonundan olan vətəndaşları qəbul edib.
Binəqədi rayon prokurorluğunun inzibati binasında keçirlən qəbulda 45 nəfərin müraciəti dinlənilib.
Vətəndaşların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.



Mənbə: qafqazinfo.az