İrana qarşı 7 günlük hücum planı: İsrail təzyiqi artırır

İrana qarşı 7 günlük hücum planı: İsrail təzyiqi artırır

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı ABŞ ilə birgə 4-7 gün davam edəcək hava hücumu ilə bağlı Vaşinqtona təzyiq göstərdiyi iddia olunur.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Netanyahu ABŞ-nin ilin sonunadək regiondakı hərbi mövcudluğunu azalda biləcəyi narahatlığı ilə hücumun həyata keçirilməsində israrlıdır.
Bununla belə, İsrail hökuməti ilə ordunun komandanlığı arasında hücumun vaxtı və hədəfləri ilə bağlı fikir ayrılıqları olduğu bildirilir. İsrail Baş Qərargah rəisi Eyal Zamirin ABŞ ilə tam koordinasiya olmadan addım atılmasına qarşı çıxdığı və uzunmüddətli müharibə riskindən xəbərdarlıq etdiyi qeyd olunur.
ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı qərar verməyə tələsmədiyini, ilin əvvəlindən sonra vəziyyətə baxacağını bildirib.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az