Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin gələcəyinin Kipr məsələsindən asılı vəziyyətə salınmasını yanlış strategiya adlandırıb.
Bu barədə Hakan Fidan Ankarada Avropa Komissiyasının Birlik Siyasəti və İslahatlar üzrə sədr müavini Fitto ilə görüşü zamanı deyib.
Görüş zamanı nazir Türkiyənin Avropa İttifaqı ilə münasibətlərə və əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Fidan, həmçinin Gömrük İttifaqının yenilənməsinin Türkiyə və Aİ-nin ümumi iqtisadi maraqlarına cavab verdiyini bildirib. O, bu məsələnin Kipr problemi ilə əlaqələndirilməməli olduğunu qeyd edib.
Mənbə: bizim.media