Liviyada Rusiya gəmilərinə hücum – Kiyevin məqsədi nədir?

Liviyada Rusiya gəmilərinə hücum – Kiyevin məqsədi nədir?

Benqazidə Rusiya gəmilərinə edilən hücumlar Ukraynanın münaqişəni döyüş zonasından uzaq dəniz ərazilərinə genişləndirmək cəhdlərinin bir hissəsidir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Liviyadakı səfiri Aydar Aqanin RT-yə bildirib.

Diplomat qeyd edib ki, Moskva bu hadisələrə mümkün cavabları nəzərdən keçirəcək. Hücumlar cavabsız qalmayacaq.

Rusiya səfiri bu hücumları “terror” adlandırıb və iddia edib ki, Kiyev üçüncü tərəfləri öz məqsədlərinə cəlb etməyə çalışır.

Aqanin həmçinin Ukraynanın Qərb tərəfdarlarını bu cür əməliyyatlara logistika və kəşfiyyat dəstəyi verməkdə günahlandırıb.

Daha əvvəl Liviya ordusu Benqazidə Rusiya gəmilərinə Ukrayna hərbi-dəniz dronlarının hücumları barədə məlumat vermişdi. İki hücum cəhdi qeydə alınmışdı. Liviya tərəfi gəmilərin adlarını və ya onların hərbi, yoxsa mülki olduğunu dəqiqləşdirməyib.

Mənbə: publika.az