Məleykə Abbaszadədən yazdı: “Abel Məhərrəmov, Misir Mərdanov...”

Məleykə Abbaszadədən yazdı: “Abel Məhərrəmov, Misir Mərdanov...”

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov və keçmiş təhsil naziri Misir Mərdanov BDU-nun yeni rektoru Məleykə Abbaszadənin rəhbərliyi altında fəaliyyət göstərəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O, maraqlı nüansı aşağıdakı sözlərlə izah edib:

“Bütün yollar BDU-ya aparır...

"Zaman - insan varlığının fundamental xassəsidir". İlya Priqojin, Kimya üzrə Nobel mükafatı laureatı

Məleykə xanım Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olundu. Onun DİM sədri olduğu dövrlərdə Misir Mərdanov BDU-nun rektoru və 15 il Təhsil naziri vəzifəsində çalışıb.

Abel Məhərrəmov isə həmin dövrlərdə 20 il BDU-nun rektoru olub.

Emin Əmrullayev 1999-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (İndiki DİM) keçirdiyi test imtahanından keçərək Dövlət İdarəçilik Akademiyasına daxil olub.

Əmrullayev Akademiyaya daxil olanda Misir Mərdanov təhsil naziri təyin olunmuşdu...

Misir Mərdanov hal-hazırda BDU-da "Riyaziyyatın tədrisi metodikası" kafedrasının müdiridir.

Abel Məhhərəmov isə "Üzvi kimya" kafedrasının müdiridir. Onlar Məleykə Abbaszadənin rəhbərliyi altında çalışacaqlar.

Emin Əmrullayev Bakı Dövlət Universiteti Publik Hüquqi Şəxsin Himayəçilər Şurasının sədridi.

Müqəddəs Avqustin “Tövbə” əsərində öz-özündən soruşur: “Zaman nədir?” Sonra cavab verir:

“Təbiətinə varanda biz onun ölçülməsinin mümkün olmadığı qənaətinə gəlirik. Keçmiş zaman mövcud deyil, o, artıq ötüb, gələcək isə hələ yoxdur. İndi mövcud olan kimi keçmişə çevrilir.

Sonda mütəfəkkir belə qənaətə gəlir ki, zaman müəyyən ölçüyə malik görünüşdür".

Mənim isə sualım budur. Görəsən zamanın fəlsəfəsini hələ anlamayan nəvələr nə deyir?”

Nazim Hacıyev


Mənbə: yenisabah.az