Polşa Sovet istehsalı olan tank parkını tamamilə yeniləmək istəyir

Polşa Sovet istehsalı olan tank parkını tamamilə yeniləmək istəyir

Polşa Sovet istehsalı T-72 və PT-91 “Twardy” modelindən ibarət tank parkını tamamilə yeni texnikalarla əvəz etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Defence 24” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, əvvəllər alına biləcək əsas variantlar Almaniyanın “Leopard 2” və Cənubi Koreya K2-ləri var idisə, indi bunlara ABŞ-ın Xarici Hərbi Satışı proqramı çərçivəsində təklif edilə bilən “Abrams” tankları da qoşulub.

Qeyd edək ki, Polşada T-72 və PT-91 “Twardy” tanklarının dəyişdirilməsi prosesi 2002-ci ildən başlayıb.

Mənbə: ordu.az