Ərdoğan ABŞ və İsraili narahat edən sənədi təsdiqlədi - 3 sünni ölkəsindən yenilik

Ərdoğan ABŞ və İsraili narahat edən sənədi təsdiqlədi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış “Birgə müdafiə haqqında Məkkə Sazişini” təsdiqləyib.

Pakistan və Səudiyyə Ərəbistanı daha əvvəl sazişin ratifikasiya prosedurlarını başa çatdırıblar. Sənədə əsasən, saziş çərçivəsində yaradılmış Birgə Müdafiə Komitəsinin katibliyinə sonuncu ratifikasiya sənədi təqdim edildikdən sonra qüvvəyə minəcək.

Saziş 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Razılaşmada tərəflərdən birinə xarici silahlı hücum baş verəcəyi təqdirdə digər iştirakçıların qarşılıqlı hərbi yardım göstərməsini nəzərdə tutur. Belə bir vəziyyətdə müttəfiqlər mövcud qarşılıqlı dəstək imkanlarından istifadə etməklə hücuma məruz qalan tərəfə dərhal yardım göstərəcəklər.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu hadisə çox mühümdür:

“Məkkə sazişini adi müdafiə paktı ilə səhv salmaq olmaz. Çünki sazişin müvafiq bəndində qeyd edilir ki, üzvlərdən birinə xarici hücum olarsa, digər ölkələr onu müdafiə edə bilər. Bunu NATO-nun 5-ci maddəsi ilə eyniləşdirə bilərik.

Hazırda bu saziş Qərbdə “Sünni NATO”su kimi də təqdim edilir. Bu günə qədər üç ölkə Pakistan Türkiyə və Səudiyyə Ərəbistanı kəşfiyyat, hərbi logistika, həmçinin siyasi sahələrdə mühüm görüşlər keçirib razılıqlar əldə ediblər. Bu razılaşma müdafiə paktı olsa da, hesab edirəm ki, həm də maraqlı paradoks yaradır.

eziz elibeyli esas 900x600 1
Əziz Əlibəyli

Türkiyə NATO üzvüdür. Yəni bir alyans üzvü özü başqa bir alyansda iştirak edir. Fikrimcə, bu, həm də Avropa və ABŞ üçün mühüm mesajdır. Təbii ki, bir də İsrail faktoru var. Təl-Əviv sözügedən sazişə görə narahatdır.

Hələlik pakt husilərə qarşı işə salına bilər”.

Turan Rzayev

Mənbə: globalinfo.az