Fransada qalmaqal: Başına torba keçirilmiş hərbçi qırıcıların atəşi altında olan hədəfə bağlandı - FOTO/VİDEO

Fransada qalmaqal: Başına torba keçirilmiş hərbçi qırıcıların atəşi altında olan hədəfə bağlandı - FOTO/VİDEO

Fransa Hava Qüvvələrində baş verən qalmaqal ölkə gündəmində böyük müzakirələrə səbəb olub. Belə ki, hərbçilər öz əsgər yoldaşlarını poliqonda hədəfə bağlayaraq qırıcıların atəşi altında “keçid ayinini” keçməyə məcbur ediblər.

Bu barədə “Ouest-France” qəzeti xəbər verib.

Bildirilir ki, başına torba keçirilmiş hərbçi 20 dəqiqə ərzində yanında döyüş sursatlarının partlamasını eşidib.

 

Hadisə 2019-cu ildə baş versə də, bu barədə ictimaiyyətə indi məlum olub. Gənc bununla bağlı hərbçi yoldaşlarına qarşı Marsel məhkəməsində iddia qaldırıb. Vəkilinin sözlərinə görə, o, hələ də aldığı psixoloji travmanın öhdəsindən gələ bilməyib.

Fransa Hərbi Hava Qüvvələrindən hadisənin iştirakçılarına qarşı intizam tədbirlərinin görüldüyü bildirilib.

Mənbə: www.oxu.az