“Bu, sülh sazişi deyil, əksinə, Ermənistanın süqutu və ya yeni itkilər üçün razılaşma olacaq”

“Bu, sülh sazişi deyil, əksinə, Ermənistanın süqutu və ya yeni itkilər üçün razılaşma olacaq”

“Bu üç il ərzində biz erməni maraqlarının tapdalanmasının şahidi oluruq ki, bu da bizə insan və ərazi itkilərini gətirir. O ideologiya tətbiq olunandan bəri heç bir şəkildə vəziyyət dəyişməyib. Nikol Paşinyan gedib üçtərəfli sənəd imzalayıb, indi isə gəlib deyir ki, “bilirsiniz, mənim bununla heç bir əlaqəm yoxdur. Sonradan bizə problem yaradıblar”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif “Patev unem” fraksiyasının deputatı Tiqran Abramyan deyib:

“Elə hadisələr var ki, onlardan imtina edə bilmərik. Bizdə elə bir vəziyyət var ki, hazırda “Artsax” itirilib, ölkədə xaos hökm sürür. Onsuz da Ermənistan hakimiyyət dəyişikliyi olub və biz bunu bu gün də qəbul etmirik. Ermənistanda yeni bir hakimiyyət dəyişikliyi olsa belə, yeni hakimiyyətin ölkəni maraqlarını mümkün qədər müxtəlif yerlərdə təmsil etmək imkanı daim mövcuddur”.

“Əgər saziş Azərbaycanın mühafizəkar yanaşması şəraitində imzalansa, bu, sülh sazişi deyil, əksinə, Ermənistanın süqutu və ya yeni itkilər üçün razılaşma olacaq”, – o, əlavə edib

Mənbə: yenisabah.az