Ərdoğan TŞ-ni topladı: Qarabağla bağlı bəyanat

Ərdoğan TŞ-ni topladı: Qarabağla bağlı bəyanat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

KONKRET.az xəbər verir ki, Beştəpədə baş tutan iclas 3 saat davam edib.

İclasdan sonra MTŞ-nin bəyanatı yayımlanıb.

Bəyanatda deyilir:

Türkiyənin iqtisadi hədəfləri və bu yöndə daxili-xarici təhdidlər dəyərləndirildi;

Ermənistanın regionda yaranmış fürsətləri dəyərləndirməsi, atəşkəsə tam riayət etməsi və əməkdaşlığa önəm verməsi böyük əhəmiyyət kəsb edir;

Liviyada azad və ədalətli seçkilərin keçirilməsi üçün təktərəfli addımlardan uzaq durmaq gərəkdir.

Mənbə: konkret.az