İrana milyardlarla dollar axa bilər – Bennett

İrana milyardlarla dollar axa bilər – Bennett

İsral İranın nüvə danışıqlarında sanksiyaların yumşaldılmasına nail ola biləcəyindən çox narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Naftali Bennett deyib.

“İsrail nüvə sahəsində qeyri-qənaətbəxş məhdudiyyətlər qarşılığında sanksiyaların ləğvi ilə bağlı hazırlıqlardan və milyardlarla dolların İrana axmasından çox narahatdır. Bu çağırışı ABŞ başda olmaqla, danışıqlarda iştirak edən bütün dövlətlərə edirik”, - Bennett bildirib.

İsrail Baş naziri vurğulayıb ki, sanksiyaların götürülməsi qarşılığında İranın potensial olaraq nüvə silahı yaratma layihələrindən imtina etməyəcəyi ciddi risk daşıyır.

 

Mənbə: axar.az