“Taliban” Əfqanıstanda hərbi hava qüvvələrinin ilk təlimini keçirib

“Taliban” Əfqanıstanda hərbi hava qüvvələrinin ilk təlimini keçirib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin şimalındakı Bəlx vilayətində Hərbi Hava Qüvvələrinin ilk təlimlərini keçirib.

Bu barədə yerli “TOLOnews” telekanalı Taliban HHQ komandanı Əmanuddin Mənsura istinadən məlumat yayıb.

Onun sözlərinə görə, manevrlərdə Rusiya istehsalı olan Mi-17 və ABŞ istehsalı MD helikopterlərindən istifadə edilib.

Mənsur qeyd edib ki, keçmiş hökumətə məxsus HHQ-nin əsgərləri, xüsusən də texniki heyət, hazırda “Taliban”ın Hərbi Hava Qüvvələrində xidmət edir.

Mənbə: www.oxu.az