Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbərini işdən çıxarıb

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəhbəri Aleksandr Rusnakı vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.

Qərarın səbəbləri açıqlanmır.

Qeyd edək ki, Rusnak 2019-cu ilin sentyabrında şöbə müdiri təyin edilib.

Bundan əvvəl Zelenski demişdi ki, xüsusi xidmət orqanları onu gözlənilən dövlət çevrilişi ilə bağlı xəbərdar ediblər. Onun sözlərinə görə, çevriliş cəhdində ukraynalı iş adamı Rinat Axmetovun əli olduğu ehtimal edilir və bu iş üçün milyardlarla ABŞ dolları ayrılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

NATO-nun baş katibi Rusiya ilə dialoqa inandığını bildirib

SONRAKI XƏBƏR

Emil Alxaslı: Azərbaycanda Avro 5 standartlı dizel və benzin istehsal olunacaq