Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda orada qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
Qeyd olunub ki, qəbul dekabrın 9-dan 20-dək keçiriləcək.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Mənbə: bizim.media