Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.
O, bugünkü addımın mühüm irəliləyiş olduğunu bildirib.
“Mən məhbusların azad edilməsini, xüsusilə siyasi dialoqun görünməmiş şəkildə irəliləyişini alqışlayıram. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Brüsseldə Aİ-nin himayəsi altında keçirilən prosesin əsas məqsədi olub: bugünkü irəliləyiş mühüm addımdır.
Mən indi liderləri Azərbaycan və Ermənistan arasında sülh sazişini mümkün qədər tez başa çatdırmağa çağırıram”, - Şarl Mişel qeyd edib.
Mənbə: www.musavat.com