Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayıracaq.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.
“Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana və “Dağlıq Qarabağ qaçqınları”na təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib”, - mətndə bildirilib.
Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avroya qalxıb.
Qeyd edək ki, Fransa bundan öncə İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı.
Mənbə: axar.az