İmran Xan geri qayıdır: seçkilərdə namizəd olacaq...

İmran Xan geri qayıdır: seçkilərdə namizəd olacaq...

Pakistanın keçmiş baş naziri İmran Xan parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək.

Bu barədə İmran Xanın vəkili Əli Zəfər məlumat verib.

O bildirib ki, keçmiş baş nazir Pakistanın ən azı üç seçki dairəsindən namizədliyini irəli sürəcək..

Qeyd edək ki, ölkədə parlament seçkiləri növbəti ilin fevral ayının 8-də keçiriləcək.

Mənbə: axar.az