Almaniyanın Köln şəhərinin meri Henriette Reker şəhərdəki “Osmanlı İmperiyası dövründə baş vermiş erməni soyqırımı abidəsi”nin sökülməsi və onun yerinə irqçiliyə qarşı və insan haqları üçün abidənin qoyulması barədə qərar qəbul edib.
Bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bu qərarla erməni diasporu ilə “Boz Qurdlar” təşkilatının türk millətçiləri arasında uzunmüddətli mübarizəsinə son qoyulub.
Mənbə: bizim.media