Arestoviç: Əliyevin Ukrayna məsələsinə baxışı... – VİDEO

Arestoviç: Əliyevin Ukrayna məsələsinə baxışı... – <span class="qirmizi">VİDEO</span>

Prezident İlham Əliyev konkret olaraq Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini ifadə edib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç azərbaycanlı jurnalist İdrak Camalbəylinin sualını cavablandırarkən deyib.

Arestoviç humanitar yardım məsələsində də Azərbaycanın mövqeyinin dəqiq olduğunu bildirib:

“Humanitar yardım məsələsində də mövqe dəqiqdir. Hərbi yardım məsələsinə gəldikdə isə bu haqda Azərbaycan dövləti özü qərar verməlidir. Çünki Azərbaycanın içində olduğu situasiya o qədər də sadə deyil. Əlbəttə ki, onlar (Azərbaycan hakimiyyəti – red.) öz vətəndaşlarının və sərhədlərin təhlükəsizliyi, eyni zamanda qarşıda duran problemlərin haqqında düşünməlidirlər”.

 

Mənbə: axar.az