Gürcüstanın Fransadakı səfiri istefa verib

Gürcüstanın Fransadakı səfiri istefa verib<span class="qirmizi"></span>

Gürcüstanın Fransadakı səfiri Tea Katukiya istefa verib.

“Report”un yerli bürosunun məlumatına görə, o, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) müraciət təqdim edib.

XİN-dən bildirilib ki, T.Katukiya mayın 18-də rəsmi müraciət edib və onun geri çağrılması proseduruna artıq başlanılıb. Yaxın vaxtlarda Fransaya yeni səfirin namizədliyinin irəli sürülməsi üçün işin aparıldığı vurğulanıb.

Qeyd edək ki, T.Katukiya 2019-cu ildə Gürcüstanın Fransada səfiri və ölkənin UNESCO-dakı daimi nümayəndəsi təyin olunub.

Mənbə: report.az