Ukrayna Rusiya müharibəsində bütün qanuni oğrular Putin tərəfədir.
Bakupost.az xəbər verir ki, bu sözləri Çeçenistanın baş qanuni oğrusu Ahmed Şalinkskiy deyib.
“İstər daxildə, istər xaricdə bizim üçün müharibə heç vaxt dayanmır. Nə qədər istəyirsən, sülh istə, mümkün deyil. Nə qədər ki, qanuni oğru aləmi var, bizim üçün müharibə həmişə var. Qanuni oğru olmaq özününkülər arasında fasiləsiz müharibədə olmaq deməkdir.
O ki, qaldı xarici müharibə - indi Ukrayna ilə Rusiya arasında münaqişə gedir. Tanıdığım bütün qanuni oğrular Putinə tərəfdir. Şakro və Canqveladze də istisna deyil. Amma biz heç bir dövlətin müharibəsində iştirak etmirik”.
Aygün Musayeva
BakuPost
Mənbə: www.bakupost.az