İran Zəngəzura baş konsul təyin etdi

İran Zəngəzur (Sünik) vilayətinin Kapan şəhərinə baş konsul təyin edib.

"Unikal" xəbər verir ki, Abedin Varamin baş konsulu təyin edilib.

Məlumatı İran İslam Respublikasının Ermənistandakı səfirliyi də təsdiqləyib. Bununla bağlı əlavə məlumatın da veriləcəyi bildirilib.

“İran hökuməti 2021-ci ildə dekabrın sonunda İran Xarici İşlər Nazirliyinin təklifini bəyənərək ER Sünik vilayətinin Kapan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edi, lakin konsulluq hələ rəsmi olaraq açılmayıb. Konsulluğun böyük ehtimalla 2022-ci ildə açılacağı ilə bağlı məlumatlar var”, - deyə məlumatda bildirilib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan Ermənistana soyuq duş: Azərbaycana TAM DƏSTƏK - VİDEO

SONRAKI XƏBƏR

Rusların hücum etmək gücü yoxdur..?