Kissincer fikrini dəyişdi – “Ukraynaya NATO üzvü kimi baxmaq lazımdır”

Kissincer fikrini dəyişdi – “Ukraynaya NATO üzvü kimi baxmaq lazımdır”<span class="qirmizi"></span>

 

Rusiyanın qorxunc cinayətlərindən sonra Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Püşk atıldı. Rusiyanın Ukraynadakı davranışlarından sonra Ukraynaya bu və ya digər şəkildə NATO üzvü kimi yanaşmağa dəyər”, - 99 yaşlı diplomat bildirib.

Xatırladaq ki, bu ilin mayında Kissincer Ukraynanı Rusiyaya ərazi güzəştlərinə getməyə çağırıb. Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş dövlət katibinə sərt cavab verib.

Mənbə: teleqraf.com