Oktyabrın 1-dən etibarən Ukrayna hərbçiləri Xerson vilayətinin 29 yaşayış məntəqəsini Rusiya ordusundan azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini briqada generalı Aleksiy Qromov brifinq zamanı bildirib .
"Oktyabrın 1-dən indiyədək 29 yaşayış məntəqəsi nəzarətə götürülüb".
O, həmçinin bildirib ki, Ruslar Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinin qarşısını almaq, işğal olunmuş mövqeləri saxlamaq və itirilmiş ərazilərə nəzarəti bərpa etmək məqsədi ilə Xerson istiqamətində əks-hücumlar keçirməyə çalışırlar.
Mənbə: baku.ws