Hərbi bloqerlər generalın müdafiəsinə qalxdılar...

Hərbi bloqerlər generalın müdafiəsinə qalxdılar...

Hərbi blogger Tofiq Şahmuradov yazır...

Bəzi Avropadan, Ermənistandan qrant alan şərəfsizlər, bir qrup biqeyrətlər bir neçə vaxtdır Azərbaycan Silahlı Qüvvələrinin ən vacib strateji postlarından birinə rəhbərlik edən birlik komandiri General-mayor Hikmət Həsənova qarşı kompaniya aparırlar. Ölkədə başqa problem yoxdu elə bil,harda şərəfin-mənəviyyatın itirmiş insan var Generaldan yazır, çoxu heç tanımır, şəklin göstərsən bilməz kimdir, 3-5 manat tula payı alıb yazırlar, bəzi saytlar da onu tirajlayırlar.

Dünən baxıram oğlu vətənə xəyanətə görə tutulan bir xanım(xanım deməyə dilim gəlmir) Hikmət Həsənovdan yazır,

Sitat"Hikmət Həsənov oğluma bunu etdi,bunları edib və s"...

Xanıma yazmışam ki, "ay xanım sənin oğlun 3cü korpusda xidmət edib, ordakı xəyanət əməlinə görə tutulub. Hikmət Həsənov sənin oğlunun nə komandiri olmayıb, nə də oğlun onun cavabdeh olduğu ərazidə xidmət etmiyib".

Arvad yazır "bəs deyirlər oğlumu Hikmət tutub"

Kim deyir bunu?

Demir

Beyləqan-Füzulidə xəyanətə görə tutulanın valideynləri Hikmət Həsənovdan yazır, nə aidiyyatı var axı ?

Bu xainlər qruplaşdırılıb və tapşırıq verilib ki, ancaq və ancaq siz Hikmət Həsənovun adın çəkin.

Burda konkret erməni əli var, psixoloji müharibə aparırlar və ciddi maliyyə dəstəyi var.

Təqribən 7-8 ay bundan öncə yazmışdım ki prezident aparatının qarşısına çıxan 20-ə yaxın Vətənə xəyanətə görə tutulanların ailələri, Vətən xaini Quliyev Elcinin anası Validə maliyyələşdirir, bu ailələr rayonda qalırlar, bunların həftədə 2-3dəfə bakıya gəlib getmələri, bakıda qalmaları, gündə 3 dəfə yeməklə təminatına bu qadın baxır.

Hardandı səndə bu qədər pul?

20 ailənin təqribən 40 nəfərin adamın bir dəfə Bakıya gəlib getmələri, yemək, qalmaqları 2000 manatdan çox edir.

Tanımayanlar üçün deyim ki, Hikmət Həsənov dövlətinə, xalqına canı gönüldən bağlı biridir.

Sizin bu atmağa çalışdığınız camur yapışmaz.

O hər bir döyüşçüsünün, keçmiş silahdaşlarını, qazisini, şəhid ailəsini diqqətdə saxlayan , daim onların yanında, keşiyində duran həqiqi vətən oğlu, döyüşçü, komandirdi.

Elə bir bayram yoxdur ki, komandir şəhid ailələrin yad etməsin, elə bir qazi və şəhid ailəsi yoxdur ki, gedə komandirin yanına ,komandir ona əlindən gələn yardımı etməyə. Bu adam 2 günlük Türkiyəyə getdi səhhəti ilə əlaqədar , müalicə yaddan çıxdı, getdi aprel döyüşlərində Talışda yaralanan tankisti Raziyə baş çəkdi, sonra ən çətin günlərdə çiyin-çiyinə xidmət etdiyi rətmətlik Elyaza baş çəkdi əlindən gələn köməyi də etdi.

Elədiklərini də reklam etdirməyən, etməli olduğunu özünə borc bilən bir Generaldı.

Xidmət görməyən gədələr onun haqqında heç vaxt danışa bilməzlər, general haqqında pis və ya yaxşı onun xidmətində olan, onunla çiyin-çiyinə döyüşənlər, xidmət edənlər söz deyə bilərlər.

P.s tanımayanlar üçün

Hikmət Həsənov 1975-ci il 9 oktyabrda Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya gəlib. Orta məktəbdə oxuduğu vaxt mənfur düşmənlərin torpaqlarımıza təcavüzü Hikmət Həsənovun hərbçi olmaq fikrini qətiləşdirmiş, məktəbi bitirib 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görmüş, könüllü ərizə yazaraq təhsilin yarımçıq qoyaraq doğma kəndi uğrunda döyüşlərə qatılmışdır.

1993-cü ildə Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlamışdır.

1994-cü ildə Türkiyədə Tuzla harp piyadə okulunda 6 ay kurs keçmiş,Daha sonra xidmətini Ağdamda "N" saylı briqadada aparmışdır. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlmişdir.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olmuş, akademiyanı xüsusi fərqlənmə ilə 1-ci bitirmiş, xüsusi döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilmiş, bir neçə ay sonra Tovuzda "N" saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam etmişdir. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldirmişdir. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hal-hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

2005-2008-ci illərdə xidmətini Gəncədə "N" saylı briqadanın komandiri kimi davam etdirmişdir. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş, 2010-cu ildə akademiyanı fərqlənmə ilə 1-ci bitirmişdir. Elə həmin il Pirəküşküldə NATO ilə tərəfdaşlıq müqaviləsinə görə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilmiş, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk Azərbaycanlı hərbçi olmuşdur.

2013-cü ildə təhsilini daha da artırmaq üçün Almaniyaya getmiş, NATO əməliyyat planlaşdırması kursunu keçmiş, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib fəaliyyət göstərmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilmişdir. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi verilmişdir.

2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiri təyin edilmişdir. Komandirliyi dövründə 2015-2017-ci illərdə düşmənə Ağdam-Tərtər-Goranboy istiqamətində ciddi itkilər verdirmiş, 2016-cı ildə aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətdə: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə etmişdir.

Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik Ohanyan müdafiə xəttini yararaq Talış yüksəkliklərinə qalxmış, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləmişdir.

NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kursların keçmişdir.

Mənbə: teref.az