İndiyədək "YAŞAT" Fondu 184 şəxsi müalicə üçün Türkiyəyə göndərib

İndiyədək "YAŞAT" Fondu 184 şəxsi müalicə üçün Türkiyəyə göndərib<span class="qirmizi"></span>

Bu günə kimi "YAŞAT" Fondu 184 şəxsi müalicə məqsədi ilə Türkiyəyə göndərib.

"Report" xəbər verir ki, bunu Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür:

"Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.

“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Ötən il martın 10-da Türkiyədən dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib".

Fondun rəhbəri əlavə edib ki, ötən ilin fevral mart aylarında İsraildən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib".

Mənbə: report.az