Türkiyə Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış etdi

Türkiyə Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış etdi<span class="qirmizi"></span>

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib.

O, bununla bağlı “A Haber” kanalına açıqlama verib.

"Türkiyə olaraq edə biləcəyimiz bir şey varmı deyə soruşduq. Müxtəlif məlumatlar gəlir. Biz buradan İrana çağırış edirik ki, hücum edənlər tutulsun və həqiqət ortaya çıxsın”, - deyə o vurğulayıb.

Nazir, həmçinin, qeyd edib ki, Azərbaycanın qələbəsi heç kəsi narahat etməməlidir.

“İrandakı diplomatik nümayəndəlikləri qorumaq İranın üzərinə düşür. İran hakimiyyətindən hücumu törədənin tutulmasını gözləmək bizim ən təbii haqqımızdır”.

Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışdığını və bu mövzuda konkretləşdirmələrin aparıldığını qeyd edib.

O, Türkiyə səfirliyinə qarşı hücum təhlükəsinin olmadığını da vurğulayıb.

APA

Mənbə: marja.az