Xain İran bu səbəbdən Rusiyanı saymır - SENSASİON DETALLAR

Xain İran bu səbəbdən Rusiyanı saymır - <span class="qirmizi">SENSASİON DETALLAR</span>

"İran bəzi faktorlardan, o cümlədən Azərbaycan-Türkiyə birliyindən qorxur, yoxsa görünən odur ki, İranın əsas planı Azərbaycanla müharibəyə başlamaqdır".

Bunu Musavat.com-a Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.

5a5b164c-8eb9-358e-aeb8-bbdedb14a11e.jpg (25 KB)

Politoloq bildirib ki, İran Rusiyanın başının Ukraynaya qarışmasından istifadə etməyə çalışır:

"Bilirsiniz ki, 200 il ərzində Arazın şimal istiqaməti Rusiya tərəfindən kurasiya edilirdi. SSRİ-nin dağılmasından sonra müstəqil dövlətlər meydana gəldi. İran bu 30 il ərzində Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini həzm edə bilmirdi. İndi Rusiyanın başı Ukraynaya qarışdığından görünən odur ki, İran və Rusiya arasında bu məsələ müzakirə predmeti deyil. 2 il əvvəl Hüseyn Əmir Abdullahianın Sergey Lavrovla Moskva görüşündə Rusiya XİN rəhbəri tərəfindən İrana Cənubi Qafqazdakı proseslərə müdaxilə edilməsinin yolverilməz olduğu ilə bağlı eyham vurulmuşdu. Lakin sonradan Ukraynada müharibə başladı və Moskvanın İran silahlarından asılı olması onu bir qədər susqun etdi. Digər tərəfdən, hazırda Qərb öz nəzər nöqtəsini Rusiyaya və Çinə istiqamətləndirib. Bu hadisələrdən özünə fürsət bilən İran Azərbaycana qarşı aqressiyasını günü-gündən çoxaldır.

e01f53c9-85c7-3c4a-b396-8fb998ebe638_850.jpg (90 KB)

Amma İran tərəfi başa düşsün ki, Azərbaycan-Türkiyə birliyi İranın hədəflərinə çatmasına imkan verməyəcək. Mövcud hadisələr Türkiyə ilə bağlı Azərbaycanda daha bir neçə addımın atılmasına gətirib çıxara bilər.

dc752c46-9c84-329e-80a9-3efb3e0ac0c0_850.jpg (77 KB)

Bu, Türkiyə ordusu ilə bağlı addımlar formasında ola bilər. Təəssüflər olsun ki, İran son görüşlərdən nəticə çıxarmayıb. Rəisi hakimiyyətə gələr-gəlməz qatı fars şovinistləri Azərbaycanı özlərinə düşmən elan ediblər. Bugünkü hadisənin arxasında İran xüsusi xidmət orqanlarının əlinin olması versiyası kifayət qədər yüksəkdir. Çünki İran polisinin terrorçunun 2 azyaşlı uşaqla səfirliyə daxil olduğunu qeyd etməsinin yalan olduğu videolarla sübut olunub. Bu, ilk belə hadisə deyil. Bundan öncə Səudiyyə Ərəbistanında, Londonda səfirliyimizə qarşı hücumlar olmuşdu. Bu cür hadisələr regionda vəziyyəti gərginləşdirir. Biz burada həm də dünyadakı digər qrupların geosiyasi və koalisiyalar arasında toqquşması çərçivəsində Cənubi Qafqazı poliqona çevirmək və öz maraqlarından istifadə etmək ehtimalını da versiya kimi gələcəkdəki proseslərdə nəzərdən keçirə bilərik. Hər halda bugünkü hadisədə birbaşa məsuliyyət İran dövləti və xüsusi xidmət orqanları üzərinə düşür".

Mənbə: musavat.com