BMT Ukrayna və Rusiyaya növbəti atəşkəs çağırışı edib.
Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq danışıb.
F.Haq qarşıdurmanın dayandırılmasını istədiklərini vurğulayıb:
"İstərdik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər".