Güney azərbaycanlı məhbus hüquq müdafiəçisi Nobel Sülh mükafatına namizəddir

Güney azərbaycanlı məhbus hüquq müdafiəçisi Nobel Sülh mükafatına namizəddir<span class="qirmizi"></span>

Güney Azərbaycandan olan məhbus hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi açıqlanıb.

“Report” xəbər verir ki, onun adı Norveçin paytaxtı Osloda yerləşən Sülh araşdırmaları institutunun direktoru Henrik Urdalın açıqladığı qısa siyahıda yer alıb.

Məlumata görə, direktor namizədlər arasında adları ik yerlədə olanların siyahısını təqdim edib. Bu sırada Nərgiz Məhəmmədinin adı birinci yerdədir.

Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib.

O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb.

Qeyd edək ki, 2003-cü ildə güney azərbaycanlı Şirin İbadiyə Nobel Sülh Mükafatı verilrib. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə layiq görülüb.

Qısa siyahıda onunla yanaşı Əfqanstandan olan jurnalist və qadın hüquq müdafiəçisi Məhbuba Seracın adı da var (ikinci yerdə). O, 26 illik sürgündən sonra 2003-cü ildə Əfqanıstana qayıdıb və hazırda orada yaşayır. O, uşaqların sağlamlığı, təhsili uğrunda mübarizə aparır, korrupsiyaya və məişət zorakılığına qarşı mücadilə edir.

Mənbə: report.az