Prezidentdən sakinlərə: “30 il əziyyət çəkdiniz, borcumuz idi bu torpaqları geri götürmək”

“Borcumuz idi bu torpaqları geri götürmək və bu torpaqları yenidən qurmaq, sizi də buraya yerləşdirmək”. 

Bu sözləri Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib. 

“Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var”, - deyə İlham Əliyev qeyd edib. 
Ölkə başçısı yaradılan şəraitə görə və doğma torpaqlara qayıtmalarına görə təşəkkür edən sakinlərə bildirib: “Siz durdunuz arxamda, ona görə də öldü var, döndü yoxdur, qurtardı getdi”. 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

"Rusiya 9 ildir ki, Krımı zülm zonasına çevirib" - Ukrayna XİN

SONRAKI XƏBƏR

Ukraynanın Kramatorsk şəhəri raket atəşinə məruz qalıb, ölən və yaralananlar var