Rusların Baxmuta hücumu zəifləyib - Çerevatıy

Döyüşlərin davam etməsinə baxmayaraq, Ukrayna hərbçiləri Baxmutda vəziyyəti sabitləşdirə biliblər.

Axar.az xəbər verir ki, bunu Ukrayna ordusunun "Şərq" qrupunun rəsmisi Sergey Çerevatıy deyib.

“Dünən Baxmut cəbhəsində 18 hücum qeydə alınıb, bu gün isə 17. Buna qədər gündəlik 35-50 hücum edilirdi”, - Çerevatıy bildirib.

Onun sözlərinə görə, Liman-Kupyansk istiqamətində rusların artilleriyası fəallaşıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İsraildə yüz minlərlə insan məhkəmə islahatlarına qarşı mitinq keçirib

SONRAKI XƏBƏR

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 2 medalla başa vurublar