Fransa Rusiyanın pulunu Ukraynaya xərcləyəcək

Fransa Rusiyanın pulunu Ukraynaya xərcləyəcək

Fransa hökuməti Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirləri Ukrayna Silahlı Qüvvələrinə verilmiş "Sezar" haubitsaları üçün istifadə etməyi planlaşdırır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro bildirib.

"Biz tezliklə elan edəcəyik ki, dondurulmuş aktivlərdən əldə edilən gəlirlər sayəsində Fransa KNDS şirkəti vasitəsilə "Sezar" silahlarına texniki xidmət göstərə biləcək", - deyə Barro vurğulayıb.

Qeyd edək ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirildiyi Lvova səfəri zamanı bildirib.

Adəm

Mənbə: publika.az