Rusiya Ermənistanda hərbi təlimlər keçirdi

Rusiya Ermənistanda hərbi təlimlər keçirdi<span class="qirmizi"></span>

Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətin dediyinə əsasən, MiQ-29 qırıcı təyyarə ekipajları təlim uçuşları çərçivəsində müasir hava döyüşlərinin aparılması üsullarını məşq ediblər.

Həmçinin qeyd olunub ki, Cənub Hərbi Dairəsinin tankçıları Alagəz dağlıq poliqonunda motoatıcı hərbi birləşmələrə atəş dəstəyi verib.

Mənbə: teleqraf.com