Nüvə silahı istəyən bizə qoşulmalıdır - Lukaşenko

Nüvə silahı istəyən bizə qoşulmalıdır - Lukaşenko<span class="qirmizi"></span>

Nüvə silahı istəyən İttifaq dövlətinə qatılmalıdır.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Qazaxıstan və digər ölkələrin bizim Rusiya ilə olduğu kimi münasibətlərinin olmasına kimsə qarşı deyil. Bu, çox sadədir. Rusiya ilə Belarusun ittifaqına qoşulmaq, vəssəlam və hamının nüvə silahı olacaq. Bu mənim fikrimdir, rusların yox. Amma fikrimcə, bu, mümkündür. Strateji olaraq başa düşməliyik ki, bizim birləşmək üçün unikal şansımız var”, - Lukaşenko bildirib.

Mənbə: axar.az