Paşinyan yenə KTMT-dən şikayətləndi

Paşinyan yenə KTMT-dən şikayətləndi<span class="qirmizi"></span>


Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı müəyyən məyusluğun olduğuu bildirib.
Yeniavaz.com xəbər verir ki, Paşinyan bu barədə Moldova mətbuatına verdiyi açıqlamada deyib.
Paşinyan deyib ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etməli olduğu halda, 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə baş verən hərbi qarşıdurmaya cavab verməyib: “Bu, Ermənistan xalqında müəyyən məyusluq yaradıb, çünki KTMT etibarlı təhlükəsizlik mexanizmidir. Amma, bu baş vermədi və KTMT-nin İrəvan sammiti zamanı bir sıra fundamental sənədlər üzrə konsensusun yaradılmasını mümkün saymamağımızın səbəbi də bu idi. Amma mən istəyirəm ki, məsələyə də əks tərəfdən baxaq, çünki bu, təşkilat üçün də zərərlidir, əslində qeyd etdiyim dövrdə Ermənistanla bağlı baş verənlər ilk növbədə KTMT nüfuzuna zərbə vurur”.

Mənbə: www.yeniavaz.com