Ukraynada Kaxovka SES məhv edilib- VİDEO

Ukraynada Kaxovka SES məhv edilib- <span class="qirmizi">VİDEO</span>

Ukraynada Kaxovka su elektrik stansiyası (SES) məhv edilib.

“Report” xəbər verir ki, bu barədə videogörüntülər teleqramda yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın "Cənub" qruplaşması Rusiyanın SES-i partlatdığını, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: "Şəhərdə sakitlikdir".

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

Mənbə: report.az