Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı axtarış aparılıb

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı axtarış aparılıb<span class="qirmizi"></span>

Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) müxalifət partiyalarının dövlət çevrilişi etmək niyyətində olduqlarını öyrənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, çevrilişə cəhd prezident seçkilərinə bir gün qalmış, mayın 13-nə planlaşdırılıbmış.

Məlumata görə, MİT 2016-cı ildə baş verənlərə bənzər dövlət çevrilişinə cəhdin hazırlanması barədə məlumat aldıqdan sonra hərəkətə keçib.

"Milli Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına müvafiq bildirişlər göndərilib, prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası da məlumatlandırılıb. Bütün kazarma və bazalara giriş məhdudlaşdırılıb, növbə ilə axtarış aparılıb", - deyə məlumatda qeyd olunub.

Məlumat reallaşmasa da, ehtiyat tədbirləri seçkilərin ikinci turunun sonuna qədər davam edib.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org