Mirabdulla Abbasov "Səbail"dən ayrılıb

Mirabdulla Abbasov "Səbail"dən ayrılıb<span class="qirmizi"></span>

"Səbail" komandası daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan "Report"a verilən məlumata görə, hücumçu Mirabdulla Abbasovla yollar ayrılıb.

28 yaşlı forvardın mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Mirabdulla Abbasov "Neftçi"nin yetirməsidir.

Mənbə: report.az