"Naxçıvanbank" Talıbovlardan alındı, sahibləri dəyişdi - Yeni adlar, paylar, siyahı

"Naxçıvanbank" Talıbovlardan alındı, sahibləri dəyişdi - Yeni adlar, paylar, siyahı<span class="qirmizi"></span>

Xəbər verildiyi kimi, Azərbaycanın yeganə regional bankı olan «Naxçıvanbank» ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb.

Musavat.com FED.az-a istinadən xəbər verir ki, bankın yaydığı yeni məlumata görə, 2022-ci ilin sonunadək bankın sahibləri Vasif Talıbovun ailə üzvləri olub.

Bununla yanaşı, bankdan bildirilib ki, artıq Talıbovlar ailəsi bankın səhmlərin satıb sahibliyini tərk ediblər. Belə ki, artıq 2023-cü ilin fevralın 1-də bankın səhmləri yeni mülkiyyətçilərə keçib.

Onların yeni sahibləri Hüseyn Məmmədov Yaşar oğlu (səhmlərin 63,66%-i), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludır (9,82%).

Bankın yeni səhmdarlara hansı məbləğə satıldığı məlum olmasa da, o məlumdur ki, Talıbovlar ailəsi bankı satmazdan əvvəl 14 milyon 59 min manat dividendlərini götürə biliblər.

Qeyd edək ki, «Naxçıvanbank» ASC 2008-ci ildə dövlət qeydiyyatından keçib, 2008-ci ilin 4 avqustunda isə bank lisenziyası alaraq fəaliyyətə başlayıb.
2022-ci ilin sonuna bankın 7 filialı və 1 şöbəsi, eləcə də 175 nəfər əməkdaşıl olub.

2023-cü il Naxçıvan bank üçün yaxşı başlamayıb, belə ki, 2022-ci ilin sonundan bəri bank kiçilib – aktivləri 346 milyon manatdan 313 milyon manata, öhdəlikləri isə 234 milyon manatdan 198 milyon manata düşüb.

Bankın kapitalı 117 milyon manatdır ki, onun da 94 milyon manatı nizamnamə kapitalı, yəni səhmdarlatın birbaşa yatırdığı vəsaitlərdir.

«Naxçıvanbank»la yanaşı, onun törəmə sığorta şirkəti – «Naxçıvan sığorta»nın da sahibləri dəyişib. Belə ki, bank
2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkətini – «Naxçıvansığorta»nı təsis edib və onun 100% payla sahibidir.

Mənbə: www.musavat.com