Hakan Fidan və Jozep Borell regional inkişaf perspektivlərini müzakirə ediblər

Hakan Fidan və Jozep Borell regional inkişaf perspektivlərini müzakirə ediblər<span class="qirmizi"></span>

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borell ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

J.Borell Fidanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional inkişaf perspektivləri müzakirə olunub.

Mənbə: report.az