Niderland Ukraynaya daha 1 milyard avro ayırır

Niderland Ukraynaya daha 1 milyard avro ayırır

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün əlavə 1 milyard avro ayırmaq niyyətindədir.

Bunu Niderland Baş naziri Mark Rutte deyib.

“Mən indicə Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbət zamanı bildirdim ki, Niderland bu il hərbi dəstək üçün daha 1 milyard avro ayıracaq. Bu, artıq planlaşdırılan 2 milyard avroya əlavədir”, - Rutte bildirib.

Nazirin sözlərinə görə, gələn il Niderland Ukraynaya hərbi yardıma daha 3 milyard avro ayıracaq.

Mənbə: axar.az