Son üç gündə Pakistan ümumilikdə 77 Hindistan pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.
“Mayın 8-də axşam saatlarında Pakistan Hindistanın 29 pilotsuz təyyarəsini vurub, bu gecədən indiyədək isə əlavə 48 pilotsuz uçan aparat məhv edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Pakistan Hindistanın təcavüzünə adekvat cavab verir.
Mənbə: axar.az