HƏMAS bu məsələlərlə bağlı İsrailə güzəştə getməyəcək

HƏMAS bu məsələlərlə bağlı İsrailə güzəştə getməyəcək

Fələstin hərəkatının rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə dialoqda güzəştə getməyəcək.

O, bu haqda teleqramda bildirib.

Onun sözlərinə görə, Fələstin xalqının müdafiəsi üçün yeganə təminat tam atəşkəsdir.

İzzət ər-Rişq əlavə edib ki, Həmas İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması və köçkünlərin anklavın şimal ərazilərinə sərbəst qayıtması zərurəti məsələsində hər hansı güzəştə getməkdən imtina edir.

Mənbə: qafqazinfo.az