Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO

Azərbaycanda daha bir sabiq deputat vəfat etdi –

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib. 

O, bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub.  

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Mənbə: bizim.media