Stoltenberq bununla bağlı müttəfiqlərinə mesaj göndərdi

Stoltenberq bununla bağlı müttəfiqlərinə mesaj göndərdi

 

NATO-nun Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Stoltenberq “X”də bildirib.

Qeyd edib ki, telefon danışığı zamanı Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub:

“Yardımın gecikməsi hər gün öz nəticələrini verir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz həmçinin bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq”.

Mənbə: qafqazinfo.az