Ukraynada səfərbərliyə yaşı düşən kişilər ölkədən QAÇIRLAR

Ukraynada səfərbərliyə yaşı düşən kişilər ölkədən

Ukraynanı 650 minə yaxın səfərbərlik yaşına uyğun olan kişi tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr yazır ki, onların əksəriyyəti ölkəni qeyri-qanuni yollarla tərk ediblər.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 11-də Ali Radanın ikinci oxunuşda qəbul etdiyi səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsini imzalayıb.

Belə ki, qanun layihəsinə ümumilikdə 31 dəyişiklik edilib, eləcə də 36 aylıq xidmətdən sonra ordudan tərxis olunma müddəası çıxarılıb.
Qanunda nəzərdə tutulmuş normaların əsas hissəsi imzalandıqdan bir ay sonra, mayın 16-da qüvvəyə minəcək.
 

Mənbə: bizim.media