Toivo Klaarın yeni vəzifəsi bu ola bilər

Toivo Klaarın yeni vəzifəsi bu ola bilər

 

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini ittifaqın Özbəkistandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə irəli sürüb. 

Bu barədə məlumatı Aİ-nin Mətbuat xidməti yayıb.

Bu təyinatla bağlı qərar Özbəkistanın rəsmi razılığı alındıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, T.Klaar 2017-ci ilin oktyabrından Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsidir.

Mənbə: qafqazinfo.az