“Tramp Ukrayna məsələsində vasitəçi ola bilər” - ABŞ Nümayəndələr Palatasının spikeri

“Tramp Ukrayna məsələsində vasitəçi ola bilər” - ABŞ Nümayəndələr Palatasının spikeri

ABŞ Respublikaçılar Partiyasının hazırkı lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukrayna ətrafında nizamlanma üçün vasitəçi ola biləcək.

Xarici mediaya istinadla xəbər verilir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri, Trampın partiyasının üzvü Mayk Conson deyib.

“Mən inanıram ki, prezident Tramp dünya səhnəsinə çıxacaq və Rusiya hələ də bu mərhələdə irəliləyəcəksə, Ukrayna ilə bağlı sülh razılaşmasına nail olmaq üçün vasitəçi olmaq üçün kifayət qədər güclüdür”, - amerikalı qanunverici bildirib.

Qeyd edək ki, Trampın vasitəçiliyinin əsas leytmotivi bundan ibarətdir ki, Ukrayna güzəştə getməlidir, Rusiyanın işğal və ilhaq etdiyi vilayətləri geri qaytarmaq fikrindən əl çəkməlidir.

Mənbə: musavat.com