İstənilən təyyarəni vuracağıq - İordaniya

İstənilən təyyarəni vuracağıq - İordaniya

İordaniya hava məkanında İran PUA və raketlərinin vurulmasındakı rolunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əs-Səfadi məlumat verib.

“Biz xalqımızı təhdid edən, suverenliyimizi pozan və iordaniyalılar üçün təhdid olan istənilən vasitəni vuracağıq və bunu həm İsrail, həm də İrana açıq şəkildə bildirdik. İraqdan gələn, İordaniyanın cənubu və Akabe şəhəri üzərindən keçərək Eylat limanına doğru hərəkət edən İranın PUA və raketlərini ələ keçirdik”, - o bildirib.

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mehdi Səadəti İordaniyanı İsraillə əməkdaşlıq etdiyi üçün təhdid etmişdi.

Mənbə: axar.az